Çinin cənub-qərbində paraplançı kəndirdən asılı vəziyyətdə 60 metr hündürlüyündə qüllə kranında qalıb. Xilasedicilər onu təhlükəsiz şəkildə aşağı endirməyə nail olublar.
"PostMedia" xəbər verir ki, bu barədə "Sinxua"agentliyi məlumat yayıb.
Hadisə ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətinin Nançun rayonunda baş verib. Agentliyin məlumatına görə, güclü külək səbəbindən paraplançı idarəetməni itirib.
Xilasedicilər kişini krandan endirərək xilas ediblər. Onun xəsarət alıb-almaması barədə məlumat verilməyib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
