6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Tehranda sakinlər üçün yeraltı sığınacaqlar hazırlanır - SNN

08-iyun-2026
Tehranda sakinlər üçün yeraltı sığınacaqlar hazırlanır - SNN
Yazı Ölçüsü:
Tehran rəhbərliyi yeraltı avtodayanacaqları sakinlər üçün sığınacaqlara çevirmək istiqamətində işlər aparır.
"PostMedia" SNN agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər meriyasının rəsmi nümayəndəsi Abdolmötəhər Məhəmmədxani məlumat verib.
Məhəmmədxaninin sözlərinə görə, hazırda bu məqsədlə zəruri norma və standartların müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.
“Hazırda bu məsələ ilə bağlı lazımi normaların müəyyən edilməsi istiqamətində müxtəlif addımlar atılır”, – deyə o bildirib.
Məlumata görə, iyunun 8-nə keçən gecə İsrail hərbçiləri Xuzistan əyalətində yerləşən Bəndər Mahşəhr şəhərinin neft-kimya kompleksində bir neçə hədəfə zərbələr endiriblər.
Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri Hayfa şəhərində yerləşən neft-kimya müəssisələrinə zərbələr endirib.
Bu hadisələr İran və İsrail arasında davam edən hərbi gərginliyin fonunda baş verir və tərəflər arasında qarşılıqlı hücumların intensivləşdiyini göstərir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930