Polşa ərazisində ABŞ-nin daimi hərbi bazasının mümkün tikintisi ölkəyə təxminən 12 milyard zlotı (təxminən 3,2 milyard dollar) başa gələcək.
"PostMedia" xəbər verir ki, bu barədə "Wirtualna Polska" internet portalı Polşa hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin daimi hərbi bazası ya Poznan bölgəsində, ya da Vrotslav yaxınlığında sıfırdan tikiləcək. Portal qeyd edir ki, bu məkanların seçilməsi həmin ərazilərdə iri hava limanlarının mövcudluğu ilə bağlıdır.
Nəzərdə tutulur ki, amerikalı hərbçilərlə birlikdə onların ailə üzvləri də Polşaya gələcəklər. Buna görə də baza təxminən 25 min nəfərin yaşayışı üçün zəruri olan bütün infrastrukturla təmin edilməlidir. Bu 25 min nəfərin 11-15 minini birbaşa hərbi personal təşkil edəcək.
Hazırda Polşada əsasən rotasiya prinsipi ilə təxminən 10 min amerikalı hərbçi xidmət edir.
İyunun 3-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ müdafiə naziri Pit Heqsetə Polşada ABŞ qoşunları üçün yeni daimi baza yaradılması ilə bağlı rəsmi təklif təqdim edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
