İtaliyanın Baş naziri Corcia Meloni ölkədə növbəti ümummilli seçkilərin artıq aprel ayında keçirilməsi imkanını nəzərdən keçirir. Bu, qanunla müəyyən edilmiş 2027-ci ilin sonu müddətindən bir neçə ay əvvələ təsadüf edir.
"PostMedia" xəbə veir ki, bu barədə "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Adlarının açıqlanmasını istəməyən mənbələrin sözlərinə görə, Meloni seçkiləri təxirə salacağı təqdirdə öz reytinqinin aşağı düşə biləcəyindən narahatdır.
Bundan əlavə, agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, o, səsvermənin səlahiyyət müddətinin sonuna yaxın keçirilməsinin növbəti hökumətə ilin sonunadək təsdiqlənməli olan yeni büdcəni qəbul etmək üçün həddindən artıq az vaxt qoyacağından ehtiyat edir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
