6°C Bakı
1$ = 1.70₼
Maliyyə-Biznes

Oman və İran Hörmüz boğazından keçid üçün gömrük rüsumları tətbiq etməyəcək

23-iyun-2026
Oman və İran Hörmüz boğazından keçid üçün gömrük rüsumları tətbiq etməyəcək
Yazı Ölçüsü:

Omanın xarici işlər naziri Bədr əl-Busaidi və onun iranlı həmkarı Abbas Əraqçi bazar ertəsi axşam Maskatda keçirilən görüş zamanı Hörmüz boğazında sərbəst naviqasiyaya sadiqliklərini bir daha təsdiqləyiblər.

"PostMedia" xəbər verir ki, bu barədə əl-Busaidi "X" sosial şəbəkəsində görüşü şərh edərkən yazıb

“Biz beynəlxalq hüquqa və gəmilərin sərbəst və təhlükəsiz keçidinin təmin olunmasına sadiqliyimizi bir daha təsdiqlədik”.

Əraqçi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla birlikdə İsveçrədən Omana gəlib. Onlar burada ABŞ tərəfi ilə aparılan danışıqlarda iştirak etmişdilər.

Əl-Busaidinin sözlərinə görə, Maskatda tərəflər İran və ABŞ arasında son vaxtlar imzalanmış anlaşma memorandumu ilə bağlı. xüsusilə Hörmüz boğazına aid hissə üzrə konstruktiv müzakirələr aparıblar”.

Qeyd olunur ki, Hörmüz boğazının ərazi sularına həm İran, həm də Oman nəzarət edir, buna görə də bu mühüm ticarət arteriyası ilə bağlı mövqelərin koordinasiyası onların maraqlarına uyğundur.

Oman Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər həmçinin iki ölkə arasında əməkdaşlığı da müzakirə ediblər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens Hörmüz boğazından keçid üçün gömrük rüsumlarının tətbiq olunmasına qarşı çıxmışdılar.

“Biz hələ də hesab edirik ki, beynəlxalq ticarət yollarına gəldikdə, orada gömrük rüsumları olmamalıdır”, — deyə Vens ötən həftə "Ağ Ev"də keçirilən brifinqdə bildirib. Vitse-prezident bu sözləri ABŞ-İran anlaşma memorandumu çərçivəsində 60 gün sonra İranın gəmilərin Hörmüz boğazından pulsuz keçidini dayandıra biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930