6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Mədəni-Niyyət

Londonda gənc şahzadə Diananın rəqs olmaq arzusundan bəhs etdiyi məktub hərraca çıxarılacaq

13-may-2026
Londonda gənc şahzadə Diananın rəqs olmaq arzusundan bəhs etdiyi məktub hərraca çıxarılacaq
Yazı Ölçüsü:

Londonda gənc şahzadə Diananın peşəkar rəqqasə olmaq arzusu barədə danışdığı məktub hərraca çıxarılacaq.

"PostMedia" xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, iki səhifədən ibarət bu məktubu Diana Spenser 1978-ci ildə, 17 yaşında olarkən yazıb. Qeyd olunur ki, bu, Böyük Britaniyanın hazırkı kralı III Çarlz ilə münasibətlərinin başlamasından cəmi bir il əvvəl baş verib. Məktub onun yaxın rəfiqəsi Mildred Leysiyə ünvanlanıb; o, əvvəlcə Diananın atasına insultdan sonra sağlamlıq arzulamışdı.

Məktubda gələcək şahzadə rəfiqəsinə dəstəyə görə təşəkkür edir və atasının tezliklə xəstəxanadan evə buraxılacağını bildirir. O, həmçinin həyatını rəqs sənəti ilə bağlamaq planlarını bölüşür.

“Mən özüm üçün rəqs edə biləcəyim bir yer tapmağa hazırlaşıram. Mən bunu həmişə istəmişəm və ümid edirəm ki, bir gün bu sahədə uğur qazanacağam,” — məktubda deyilir.

Qəzetin yazdığına görə, sənəd Londonun qərbində yerləşən Chiswick Auctions hərrac evində satışa çıxarılacaq. Lotun təxminən 4 min avro (təxminən 5,4 min ABŞ dolları) dəyərində olacağı gözlənilir.

The Independent-in məlumatına əsasən, məktubu şəxsi kolleksiyaçı hərraca çıxarıb. O, Diananın və o dövrdə hələ şahzadə olan Çarlzın toyuna aid digər xatirə əşyaları ilə birlikdə satılır. Nəşr həmçinin xatırladır ki, 1981–1990-cı illərdə şahzadə Qlazqolu keçmiş balerina Enn Allan yanında rəqs dərsləri alıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930