Oman BMT-nin Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiya şəraitində gəmilər üçün Hörmüz boğazında müvəqqəti tranzit dəhlizi açıb və bu marşrut üzrə keçid rüsum tutulmadan həyata keçiriləcək.
"PostMedia" xəbər verir ki, bu barədə sultanlığın Nəqliyyat Nazirliyi özünün "X" hesabında məlumat verib.
“Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiya çərçivəsində Oman bütün gəmilərə müvəqqəti dəniz dəhlizindən istifadə etmək imkanı yaradıb”.
Nazirlik vurğulayıb ki, bu addım ABŞ ilə İran arasında əldə olunmuş razılaşmalar çərçivəsində atılıb. Beləliklə, yeni marşrutdan istifadə etmək istəyən gəmilər Beynəlxalq Dəniz Təşkilatı ilə əlaqə saxlamalı və təşkilatın, eləcə də Oman hakimiyyətinin müəyyən etdiyi koordinatlar üzrə hərəkət etməlidirlər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
