6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Pakistanda 10 il əsir olan fransız qadın və onun beş övladı xilas edilib

24-iyun-2026
Pakistanda 10 il əsir olan fransız qadın və onun beş övladı xilas edilib
Yazı Ölçüsü:

Pakistan polisi çərşənbə günü fransız qadın və onun beş övladının xilas edildiyini açıqlayıb. Qadının sözlərinə görə, əri onu on ildən artıq müddətdə azadlıqdan məhrum edib və o, ölkənin şimal-qərbində uzun müddət ailədaxili zorakılığa məruz qalıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Polisin məlumatına görə, 54 yaşlı Silvi Yasmina bu həftənin əvvəlində Xayber Paxtunxva əyalətinin Bara şəhərində, Əfqanıstan ilə sərhəd yaxınlığında yerləşən palçıq evlərdən birində aşkar edilib. Rayon polisinin rəhbəri Vaqir Əhməd bildirib ki, onun əri Əhməd Xan həbs olunub və istintaq davam edir.

Məlumata görə, qadın oğullarından birinin evdən çıxaraq yerli polis bölməsinə çatmağa müvəffəq olmasından sonra azad edilib. Xilas edildikdən sonra qadın və uşaqlar təhlükəsizlik məqsədilə polis idarəsinin qadınlar şöbəsinə yerləşdiriliblər.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, Yasmina ilkin ifadəsində fiziki və psixoloji zorakılığa məruz qaldığını, ərinin isə son dərəcə aqressiv davranış nümayiş etdirdiyini bildirib. Həmçinin qeyd olunur ki, o aşkar edilən zaman yarıuçuq otaqda olub və üzərində görünən xəsarət izləri mövcud idi.

Qadın iddia edir ki, 2014-cü ildə Pakistana köçdükdən sonra azad yaşamaq imkanı olmayıb, onun uşaqları isə məktəbə getməyiblər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930