6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

"Alibaba" "Pentaqon"a qarşı məhkəmə iddiası qaldırıb

24-iyun-2026
"Alibaba" "Pentaqon"a qarşı məhkəmə iddiası qaldırıb
Yazı Ölçüsü:

Çinin texnologiya nəhəngi "Alibaba", ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) şirkəti Amerika hakimiyyətinin fikrincə Çin hərbi strukturları ilə əlaqəli olan təşkilatlar siyahısına daxil etməsi qərarına etiraz edərək federal məhkəmə iddiası qaldırıb.

"PostMedia" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

İddia çərşənbə axşamı Kaliforniya ştatının San-Xose şəhərinin federal məhkəməsinə təqdim olunub. Şirkətin bəyanatında qeyd olunur ki, Amerika hərbi qurumunun qərarı "özbaşına və əsassızdır" və nə faktiki, nə də hüquqi əsaslara malikdir.

Agentliyin vurğuladığına görə, Pekində bildiriblər ki, "Alibaba"nın Çin silahlı qüvvələri ilə heç bir əlaqəsi yoxdur və şirkət hərbi-mülki inteqrasiya proqramlarında iştirak etmir.

Şirkətin nümayəndəsi bildirib ki, qara siyahıya salınması onun ABŞ-dəkı fəaliyyətinə ciddi zərər vurur, buna görə də şirkət məhkəmə vasitəsilə həmin siyahıdan çıxarılmasını tələb edir.

"Pentaqon"un dərc etdiyi siyahıya təxminən 80 şirkət və onların törəmə qurumları daxil edilib. Onların arasında Çin internet nəhəngi "Baidu" və elektromobil istehsalçısı BYD də var. Daha əvvəl hər iki şirkət siyahıya daxil edilmələri üçün əsas görmədiklərini bildirmişdilər.

Yeni qaydalara əsasən, iyunun 30-dan etibarən ABŞ Müdafiə Nazirliyi siyahıya daxil edilmiş şirkətlər və onların nəzarətində olan törəmə qurumlarla yeni müqavilələr bağlaya bilməyəcək. Bundan əlavə, məhdudiyyətlər belə şirkətlərin ABŞ-də lobbiçilik şirkətlərinin xidmətlərindən istifadə imkanına da şamil olunur. "Alibaba"nın iddiasında qeyd olunur ki, bu, ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə təmin olunan hüquqları pozur.

Şirkətin məlumatına görə, nəticələr artıq özünü göstərməyə başlayıb: uzun illər "Alibaba" ilə əməkdaşlıq etmiş bəzi amerikalı məsləhətçilər və lobbiçilər ona əməkdaşlığı dayandırdıqları barədə məlumat veriblər.

Məhkəmə sənədlərində "Alibaba" vurğulayır ki, o, elektron ticarət və bulud texnologiyaları sahəsində fəaliyyət göstərən açıq səhmdar şirkətdir və onun ən böyük səhmdarları sırasında "JPMorgan Chase", "Citigroup" və "BlackRock" da daxil olmaqla iri Amerika maliyyə institutları yer alır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930