6°C Bakı
1$ = 1.70₼
Ölüm

Sahibə Qafarova Əli Xamenei ilə vida mərasimində iştirak üçün İrana gedir

22-iyun-2026
Sahibə Qafarova Əli Xamenei ilə vida mərasimində iştirak üçün İrana gedir
Yazı Ölçüsü:

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti İranın keçmiş ali lideri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində iştirak edəcək.

"PostMedia" İran KİV-lərinə istinadən xəbər verir ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehranın Mosalla kompleksində keçiriləcək və bundan sonra onun cənazəsi Qum şəhərinə aparılacaq.

Qumda vida mərasimindən sonra, vəsiyyətinə əsasən, ayətullah iyulun 9-da Məşhəddə dəfn olunacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ-İsrail birgə Tehrana hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei onun varisi seçilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930