Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Rusiya dronu Qara dənizdə Panama bayrağı altında üzən Türkiyəyə məxsus “VICTRESS” yük gəmisinə zərbə endirib.
"PostMedia" xarici KİV-lərə istinadən xəəminin 9 nəfərlik heyəti Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət olub.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri bildirib ki, vəziyyətin mürəkkəbliyi və yanğının yayılma riski nəzərə alınaraq, onların kater heyətləri quru yük gəmisinin ekipajının təxliyəsi üzrə xilasetmə əməliyyatı həyata keçirib.
Məlumatda qeyd olunur ki, təəssüf ki, ekipaj üzvləri arasında itkilər qeydə alınıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
