İsveçrənin Bürgenştok şəhərində davam edən danışıqların iştirakçıları Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edəcək xüsusi mexanizmin yaradılması barədə qərar qəbul ediblər.
"PostMedia" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Gəmilərin Hörmüz boğazından təhlükəsiz hərəkətini təmin edəcək bir mexanizmin yaradılması barədə qərar qəbul olunub”.
Bəqayi vurğulayıb ki, Tehranın mövqeyinə görə, yekun sazişin hazırlanmasına keçidin əsas şərti bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasıdır.
Onun sözlərinə görə, İran nümayəndə heyəti götürülmüş öhdəliklərin ciddi şəkildə yerinə yetirilməsini tələb edir. Bu tələblər İsrail tərəfindən atəşkəs rejiminə əməl olunmasını da əhatə edir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
