6°C Bakı
1$ = 1.70₼
Daxili xəbərlər

"Azərpoçt"un sədr müavini işdən çıxıb, sabiq rəhbərinin müşaviri oldu

22-iyun-2026
"Azərpoçt"un sədr müavini işdən çıxıb, sabiq rəhbərinin müşaviri oldu
Yazı Ölçüsü:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan "Azərpoçt" MMC-nin rəhbərliyində növbəti dəyişiklik olub.

"PostMedia" Plat.az-a istinadən xəbər verir ki, qurumun idarə heyətinin sədrinin müavini Xəyyam Əlizadə vəzifəsindən ayrılıb.

O, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) idarə heyətinin sədrinə müşavir təyin edilib.

Qeyd edək ki, X.Əlizadə 2021-ci ildə "Azərpoçt"da baş direktorun müavini təyin edilib. Həmin vaxtlarda "Azərpoçt"un rəhbəri hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) idarə heyətinin sədri olan Əfqan Cəlilov olub. 2022-ci ildə şirkətin idarəetmə forması dəyişdiriləndən sonra X.Əlizadə qurumda idarə heyətinin sədrinin müavini vəzifəsini tutub.

Xatırladaq ki, bundan bir müddət öncə (bu ilin aprel ayında) "Azərpoçt"un idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb. Onun yerinə Manaf Babayev qurumun idarə heyətinin sədri təyin edilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930