Çin ABŞ-nin 10 şirkətini ixrac nəzarətinə tabe olan müəssisələr siyahısına daxil edib. Qərar ölkənin milli qanunvericiliyinə və ikili təyinatlı məhsulların ixracına nəzarət qaydalarına uyğun şəkildə qəbul edilib.
"PostMedia" xəbərverir ki, bu barədə "Sinxua"» agentliyi Çin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
“Bu addımı milli təhlükəsizliyi və maraqları qorumaq, həmçinin beynəlxalq öhdəlikləri (o cümlədən silahların yayılmaması ilə bağlı) yerinə yetirmək məqsədilə atmışıq”, — deyə məlumatda bildirilir.
Qara siyahıya daxil edilən şirkətlər arasında «Aveox, Inc.», «Ball Aerospace & Technologies Corp.», «L3Harris Maritime Services, Inc.» və digərləri var.
Bundan əlavə, Çin sanksiya siyahısında olan 46 ABŞ şirkətinin məhsullarının alınmasını da qadağan edib.
Maliyyə Nazirliyinin məlumatına görə, yeni məhdudiyyətlər dövlət satınalmalarında iştirak edən qurumların həmin ABŞ şirkətlərinin, o cümlədən «Lockheed Martin Corporation» və «Raytheon Missiles & Defense» məhsullarını əldə etməsini qadağan edir.
Qeyd olunub ki, bu qadağa ABŞ investisiyalı Çin şirkətlərinə şamil edilmir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
