Fransada qeyri-adi istilər dalğası fonunda boğulma nəticəsində 13 ölüm hadisəsi qeydə alınıb.
"PostMedia" xəbər verir ki, bu barədə BFMTV telekanalı Milli Mülki Müdafiə Xidmətinin nümayəndəsi Jerom Bulanjeyə istinadən məlumat yayıb.
Qurbanlar arasında iki yeniyetmə də var. İsti hava şəraiti səbəbindən suda boğulma riski kəskin artdığı üçün polis su hövzələri və çimərliklər ətrafında nəzarəti gücləndirib.
Parisdə qadağalara baxmayaraq, bir çox insan Sen-Martən kanalında üzməyə davam edir. Polis vəziyyətə nəzarət etmək üçün 10 motorlu qayıq cəlb edib.
Anomal istilər səbəbindən bazar ertəsi 845 məktəb və kollec bağlanıb, ölkədəki 60 min təhsil müəssisəsindən əlavə 1800-də isə dərs cədvəli dəyişdiriləcək.
Fransa Meteorologiya Xidməti ölkənin böyük hissəsində ən yüksək – “qırmızı” təhlükə səviyyəsi elan edib. Proqnozlara görə, bəzi bölgələrdə temperatur 40–42°C-yə qədər yüksələcək.
Bundan əlavə, meşə yanğınları riskinin yüksək olması səbəbindən 17 departamentdə “narıncı” təhlükə səviyyəsi elan edilib.
Güclü istilər səbəbindən İle-de-Frans bölgəsində ictimai nəqliyyatın işində də fasilələr gözlənilir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
