6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub

22-iyun-2026
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
Yazı Ölçüsü:

İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.

"PostMedia" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi.

Türkmənistanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930