İran prezidenti Məsud Pezeşkiyan sabah Pakistana səfər edəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran prezidentinin administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həbib Abbasiyə istinadən məlumat yayıb.
“Bu səfər sabah baş tutacaq və ehtimal ki, birgünlük olacaq. Səfərin məqsədlərindən biri İran və ABŞ arasında aparılan danışıqlarda Pakistanın göstərdiyi vasitəçilik səylərinə görə təşəkkür bildirməkdir”, – deyə o bildirib.
Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi də müzakirə olunacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
