Türkiyəli müğənni İrem Derici və onun DJ nişanlısı Melih Kunukçu Hollandiya səfərində hücuma məruz qalıblar.
”PostMedia” xəbər verir ki, UEFA Çempionlar Liqasının 4-cü turunda keçirilən “Ayaks–Qalatasaray” oyununu izləmək üçün Amsterdama gediblər. Lakin stadiona gedərkən bir neçə nəfərin hücumuna uğrayıblar.
İrem Derici sosial mediada hadisə ilə bağlı paylaşım edərək, yaşadıqlarını pərəstişkarları ilə bölüşüb.
Müğənni bildirib ki, bir neçə “maganda” onların üzərinə hücum edib və vəziyyət qısa zamanda gərginləşib. O, nişanlısı ilə birlikdə özlərini müdafiə etməyə çalışsalar da, sonradan polis tərəfindən saxlanılıblar.
Dericinin sözlərinə görə, polis əməkdaşları onlara “otağınıza gedin, bu axşam çıxmayın” xəbərdarlığı edib.
“Maça gəldim, amma maça gedə bilmədim, oteldə ağladım durdum”, – deyə müğənni yazıb.

Hadisə zamanı kiçik qarşıdurma yaşanıb, müğənni xəsarət alıb. Onun dediyinə görə, qarşıdurma zamanı dırnaqları dibdən qırılıb və əllərində ağrılar yaranıb.
Melih Kunukçu isə polisə vəziyyəti izah etdikdən sonra məsələ aydınlaşdırılıb. Buna baxmayaraq, İrem Derici hadisədən psixoloji olaraq sarsıldığını və çox üzgün olduğunu bildirib.
O, paylaşımında “Bu hadisə tamamilə mənasız idi, çox incidim və məyusam” ifadələrini işlədib. Müğənni sonda yaxın günlərdə Türkiyəyə qayıtmağı planlaşdırdığını açıqlayıb.