6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Əraqçi: "Danışıqlar zamanı İran neftinin ixrac məhdudiyyətləri aradan qaldırılıb"

22-iyun-2026
Əraqçi: "Danışıqlar zamanı İran neftinin ixrac məhdudiyyətləri aradan qaldırılıb"
Yazı Ölçüsü:

İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 22-də bildirib ki, Tehran və Vaşinqton arasında aparılan danışıqlarda Pakistan və Qətərin vasitəçilik səyləri real nəticələr verib.

"PostMedia" xəbər verir ki. onun sözlərinə görə, bu nəticələrə İran neftinin ixracı üzrə rüsum və məhdudiyyətlərin aradan qaldırılması da daxildir.

“Neft və neft-kimya məhsullarının ixracına qoyulan məhdudiyyətlər ləğv edilib, blokada aradan qaldırılıb, aktivlərin bir hissəsi dondurulmadan çıxarılıb və İranın yenidənqurma və inkişafı üzrə genişmiqyaslı proqram başlanıb”, – deyə X sosial şəbəkəsində yayılan məlumatda bildirilir.

Araqçi həmçinin qeyd edib ki, vasitəçilərin fəaliyyəti nəticəsində Livanda müharibənin dayandırılması məsələsində də əhəmiyyətli irəliləyiş əldə olunub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930