6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Yer üzündə hər 70 nəfərdən biri məcburi köçkündür - BMT

11-iyun-2026, 11:15
Yer üzündə hər 70 nəfərdən biri məcburi köçkündür - BMT
Yazı Ölçüsü:
Dünyada 118 milyon insan təqiblər, münaqişələr, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən evini tərk etməyə məcbur olub.
"PostMedia" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) iyunun 11-də dərc etdiyi hesabatda bildirilib.
Sənəddəqeyd olunur ki, 2026-cı ilin əvvəlinə olan məlumata görə, Yer kürəsində hər 70 nəfərdən biri məcburi köçkün vəziyyətindədir.
Eyni zamanda, son on ildə ilk dəfə olaraq məcburi köçkünlərin sayı 5,4 milyon nəfər və ya 4% azalıb. Hesabatda vurğulanır ki, bu tendensiyanın əsas səbəbi, ölkələrindəki böhranlı vəziyyətə baxmayaraq, vətənlərinə qayıdan insanların sayının artmasıdır. BMT buna misal olaraq Əfqanıstanı, Konqo Demokratik Respublikasını, Sudanı və Suriyanı göstərir.
Məcburi köçkünlərin ümumi sayından 35,6 milyonu qaçqın, 68,7 milyonu isə ölkədaxili köçkün kimi təsnif edilir. 2026-cı ilin əvvəlinə olan məlumata görə, sığınacaq müraciətlərinə cavab gözləyən şəxslərin sayı təxminən 645 min nəfər artaraq 9 milyona yaxınlaşıb.
Bu statistikaya 2026-cı ilin ilk aylarında baş verən miqrasiya axınları, o cümlədən ABŞ və İsrailin İrana qarşı müharibəsi ilə əlaqədar yerdəyişmələr daxil edilməyib. Həmçinin təbii fəlakətlər, iqlim dəyişikliklərinin nəticələri və ya maliyyə problemləri səbəbindən evlərini tərk edən şəxslər də siyahıya salınmayıb.
Məcburi köçkünlərin təxminən 70%-i beş il və ya daha uzun müddətdir ki, qaçqın statusunda yaşayır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bərham Saleh bununla bağlı narahatlığını ifadə edib:
“Bizə yanaşmanın dəyişdirilməsi lazımdır. Bu, müharibə və təqiblərdən qaçan insanlara yeni ümid və yeni perspektivlər verəcək”.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031