6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

“Norm Ustalar Klubu”nun üzvləri “İnşaat ustası” sertifikatı ilə təltif ediliblər

27-iyul-2026, 11:06
“Norm Ustalar Klubu”nun üzvləri “İnşaat ustası” sertifikatı ilə təltif ediliblər
Yazı Ölçüsü:

“Norm Ustalar Klubu” üzvlərinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təltifetməsi həyata keçirilib.

Tədbirdə qeyri-formal və informal təhsilin tanınması üzrə imtahanlara cəlb olunan və hər iki mərhələni uğurla tamamlayan 24 ustaya “İnşaat ustası” ixtisasını təsdiq edən sertifikatlar təqdim olunub. Sertifikatların təqdimetmə mərasimi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inzibati binasında keçirilib və tədbirdə agentliyin idarə heyətinin sədri Tural Əhmədov və “Norm” şirkətinin Maliyyə və strategiya üzrə baş icraçı direktorunun müavini Elvin Mirzəyev də iştirak ediblər.

Çıxışlar zamanı TKTA ilə “Norm” arasında imzalanmış Əməkdaşlıq Memorandumunun uğurla icra olunduğu, əməkdaşlığın ildən-ilə genişləndiyi vurğulanıb. Qeyd edilib ki, artıq ikinci dəfə təşkil olunan sertifikatlaşdırma prosesi və bu il daha çox ustanın proqrama cəlb edilməsi tərəfdaşlığın davamlı inkişafının göstəricisidir.

Tədbirdə qeyri-formal və informal təhsilin tanınmasının peşəkar bacarıqların rəsmi şəkildə təsdiqlənməsindəki rolu, bu istiqamətdə ölkədə həyata keçirilən işlər və beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib. Daha sonra ustaların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb və mərasimin sonunda sertifikatlar sahiblərinə təqdim edilib.

“Norm” və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında əməkdaşlığın gələcək dövrdə də genişləndirilməsi və müxtəlif istiqamətlərdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan “NEQSOL Holding”in tərkibinə daxildir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031