" Moldova və Ermənistan indi Ukraynanın kukla rejiminin seçdiyi yolla gedirlər". Bu barədə Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı bildirib. Bu barədə TASS agentliyi məlumat yayıb.
O qeyd edib ki, SSRİ-nin dağılmasından sonra NATO alyansı "Rusiyaya qarşı zərbə qüvvəsi kimi kukla rejimlərdən istifadə edib".
"Belə Gürcüstanla oldu, belə 2014-cü ildə rusofobiyanın beşiyinə çevrilən Ukrayna ilə baş verdi", - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
"Təəssüf ki, indi eyni hal Moldova və hətta, əfsuslar olsun ki, Ermənistan ilə də baş verir", - deyə Medvedev bəyan edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
