Avropa İttifaqı Venesuelada baş vermiş zəlzələdən zərər çəkmiş icmalara təcili yardım göstərilməsi məqsədilə 5 milyon avro (5,6 milyon ABŞ dolları) vəsait ayırıb.
"PostMedia" xəbər verir ki, bu barədə bazar günü Aİ diplomatiyasının rəhbəri Kaya Kallas məlumat verib.
Kallas bildirib ki, fəlakətdən sonra o, Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes ilə telefon danışığı aparıb.
“Mən Venesuela xalqına Aİ-nin tam həmrəyliyini və yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığımızı çatdırdım”, — deyə o, "X" sosial şəbəkəsində yazıb.