"Saudi Aramco" şirkətinə məxsus helikopter bazar günü səhər saatlarında Ras Tanura bölgəsində qəzaya uğrayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi (SPA) Energetika Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Nəticədə hava gəmisində olan bütün 14 nəfər həlak olub.
Həlak olan şəxslərin hamısı Səudiyyə Ərəbistanı vətəndaşları olub.
Nazirlik nümayəndəsinin sözlərinə görə, hazırda qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
