6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstan İsraildə səfir təyin edib

29-iyun-2026
Gürcüstan İsraildə səfir təyin edib
Yazı Ölçüsü:

Gürcüstan prezidenti ölkənin İsraildə fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Beka Dvalini təyin edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Georgia Online" ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qurumda bildiriblər ki, Beka Dvali həm XİN-in mərkəzi aparatında, həm də xaricdə Gürcüstanın diplomatik nümayəndəliklərində uzunillik iş təcrübəsinə malikdir.

2022-ci ildən o, Gürcüstanın Avstraliyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tuturdu, 2012–2022-ci illərdə isə ölkənin diplomatik missiyasına Cənubi Afrika Respublikasında rəhbərlik edib.

Bundan əvvəl o, həmçinin Böyük Britaniyada fövqəladə və səlahiyyətli elçi, Gürcüstanın ABŞdakı səfirliyində baş müşavir, XİN-in Avropa inteqrasiyası departamentinin direktor müavini və nazirliyin beynəlxalq təşkilatlar departamentinin BMT idarəsinin rəisi kimi fəaliyyət göstərib.

Beka Dvali fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsinə malikdir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930