6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Avropa son 15 ilin ən aşağı qaz ehtiyatları ilə qarşılamaq riski ilə üz-üzədir – FT

29-iyun-2026
Avropa son 15 ilin ən aşağı qaz ehtiyatları ilə qarşılamaq riski ilə üz-üzədir – FT
Yazı Ölçüsü:

Avropanın qarşıdakı istilik mövsümünü yeraltı qaz anbarlarında (YQA) son 15 ilin ən aşağı ehtiyat səviyyəsi ilə qarşılamaq ehtimalı yüksəkdir. Bu isə qış aylarında biznes və əhali üçün qaz qiymətlərinin kəskin artmasına səbəb ola bilər.

"PostMedia" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti "Wood Mackenzie" konsaltinq şirkətinin proqnozlarına istinadən məlumat yayıb.

Şirkətin qiymətləndirmələrinə görə, qaz ehtiyatlarının toplanması mövsümünün sonunda (adətən aprel-oktyabr aylarını əhatə edir) Avropanın qaz anbarları cəmi 76% səviyyəsində doldurulmuş olacaq. "Gas Infrastructure Europe"un (GIE) məlumatına əsasən, bu göstərici ən azı 2011-ci ildən bəri qeydə alınan ən aşağı səviyyə olacaq.

FT yazır ki, mövcud çatışmazlıq ABŞ-İran qarşıdurmasının nəticələri ilə bağlıdır. Bu səbəbdən Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü dayandırılıb, həmçinin Qətər və BƏƏ-də hasilat həcmləri azalıb.

Digər mənfi amil isə Avropa İttifaqının 1 yanvar tarixindən etibarən Rusiya mənşəli MTQ-yə tam qadağa tətbiq etmək planlarıdır. Hazırda Rusiya qazının payı Avropanın ümumi mayeləşdirilmiş qaz idxalının təxminən 14%-ni təşkil edir.

Nəşr qeyd edir ki, xüsusilə soyuq keçən qışdan sonra Avropa İttifaqının qaz anbarları ehtiyatların yenidən doldurulması mərhələsinə cəmi 28% doluluq səviyyəsi ilə başlayıb ki, bu da ilin həmin dövrü üçün adi göstəricilərdən xeyli aşağıdır. GIE-nin məlumatına görə, hazırda anbarların orta doluluq səviyyəsi 48%-dir.

Yanvarın 26-da Avropa İttifaqı Şurası 2027-ci il yanvarın 1-dən etibarən Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın, həmin ilin sentyabrın 30-dan isə boru kəmərləri vasitəsilə nəql olunan qazın idxalına tam qadağanı yekun şəkildə təsdiqləyib.

Bununla yanaşı, qısamüddətli müqavilələr əsasında MTQ idxalına qoyulan qadağa artıq 2026-cı il aprelin 25-dən qüvvəyə minib, boru kəməri qazı üzrə analoji müqavilələr isə iyunun 17-dək dayandırılmalı idi.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930