6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

"Yandex" erməni əsilli meneceri regional rəhbər təyin etdi

29-iyun-2026
"Yandex" erməni əsilli meneceri regional rəhbər təyin etdi
Yazı Ölçüsü:

"Yandex Armenia"nın rəhbəri Aram Mxitaryan "Yango Group"un Mərkəzi Asiya və Qafqaz regionları üzrə rəhbəri təyin edilib.

"PostMedia" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat verib.

Mxitaryan bildirib ki, Yandex Armenia da Yango Group-un tərkib hissəsidir və o, şirkətin Ermənistandakı fəaliyyətinə rəhbərlik etməyə davam edəcək.

"Yango Group"un rəsmi məlumatına əsasən, texnologiya şirkəti Avropa, Yaxın Şərq, Afrika, Cənubi Asiya və Latın Amerikasının 30-dan çox ölkəsində fəaliyyət göstərir. Şirkətin baş ofisi isə Dubay şəhərində yerləşir.

Aram Mxitaryan 2024-cü ildə Yandex Armenia-nın rəhbəri təyin olunub və o, regional səviyyədə Mxitaryan Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda biznesin inkişafına rəhbərlik edəcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930