İran və Qətər əmirlikdə yerləşən İran aktivlərinin ümumi 12 milyard dollarının 6 milyard dollarının blokdan çıxarılması barədə razılığa gəlib.
"PostMedia" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian məlumat verib.
“Əldə olunan razılaşmalara əsasən, Qətərdə yerləşən İran vəsaitlərinin ümumi 12 milyard dollarından 6 milyard dolların bloku açılacaq və ölkəyə qaytarılacaq. Həmin vəsaitlərin qalan hissəsinin geri qaytarılması istiqamətində də işlər davam etdirilir”, – deyə İran prezidentinin mətbuat xidməti onun sözlərini sitat gətirib.
İyunun 20-də "The Wall Street Journal" qəzeti ABŞ-nin Qətərlə birlikdə İranın dondurulmuş aktivlərinin bir hissəsini humanitar məhsulların alınması üçün istifadə etməsinə imkan verəcək mexanizm üzərində işlədiyini yazmışdı.
Nəşrin məlumatına görə, ilkin mərhələdə Tehran Qətərdə saxlanılan 6 milyard dollarlıq vəsaitə çıxış əldə edə bilər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
