6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Turizm

İlin əvvəlindən 40-dan çox Azərbaycan vətəndaşı Ermənistana səfər edib

29-iyun-2026
İlin əvvəlindən 40-dan çox Azərbaycan vətəndaşı Ermənistana səfər edib
Yazı Ölçüsü:

İlin əvvəlindən etibarən Ermənistana Azərbaycan Respublikasının 40-dan çox vətəndaşı səfər edib.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) NEWS.am-ın sorğusuna cavab olaraq məlumat verib.

“2026-cı il yanvarın 1-dən iyunun 17-dək Ermənistan Respublikasına Azərbaycan Respublikasının 44, Türkiyənin isə 8179 vətəndaşı daxil olub”, – deyə Ermənistan MTX-dən bildirilib.

Eyni zamanda, etnik mənsubiyyətinə görə neçə azərbaycanlı və türk əsilli şəxsin Ermənistana səfər etməsi ilə bağlı suala cavab olaraq qurum qeyd edib ki, sərhədi keçən şəxslərin milli mənsubiyyəti barədə məlumat toplanmır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930