6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Yaponiyada 6,1 maqnitudalı zəlzələ baş verib

03-iyul-2026
Yaponiyada 6,1 maqnitudalı zəlzələ baş verib
Yazı Ölçüsü:

Yaponiyanın ən cənub-qərbində, Kume və Miyako adaları yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

"PostMedia" xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidmət funksiyasını da yerinə yetirən Milli Meteorologiya Agentliyi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri okean dibinin altında, dayaz dərinlikdə yerləşib. Lakin yeraltı təkanların ocağının dəqiq dərinliyini hələ müəyyən etmək mümkün olmayıb. Hazırda sunami təhlükəsi elan edilməyib, həmçinin dağıntılar və ya ciddi ziyan barədə məlumat daxil olmayıb. Kume və Miyako adalarında çoxsaylı kurort otelləri və digər turizm obyektləri yerləşir. Miyako adasında, həmçinin Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbi bazası fəaliyyət göstərir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031