6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya İsveçə səfirliyə pilotsuz uçuş aparatı ilə hücumla bağlı etiraz notası göndərib

03-iyul-2026
Rusiya İsveçə səfirliyə pilotsuz uçuş aparatı ilə hücumla bağlı etiraz notası göndərib
Yazı Ölçüsü:

Rusiyanın Stokholmdakı səfirliyi növbəti dəfə pilotsuz uçuş aparatının tətbiqi ilə həyata keçirilən hücuma məruz qalıb. Hadisədən sonra Moskva İsveç Xarici İşlər Nazirliyinə etiraz notası göndərərək insidentin araşdırılmasının nəticələri barədə məlumat tələb edib. Etiraz notasının təqdim olunması barədə Rusiyanın İsveçdəki səfiri Sergey Belyayev bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

Diplomat qeyd edib ki, notada Rusiya tərəfi bir daha İsveç hakimiyyətinin araşdırmanın nəticələri barədə Moskvanı vaxtında məlumatlandıracağına ümid etdiyini, hətta bunu tələb etdiyini vurğulayıb.

Belyayevin sözlərinə görə, 2024-cü ilin may ayından bu günədək Rusiyanın Stokholmdakı diplomatik nümayəndəliyi pilotsuz uçuş aparatlarının istifadəsi ilə 25-dən çox hücuma məruz qalıb.

Onun məlumatına əsasən, son insident zamanı ilk dəfə olaraq pilotsuz uçuş aparatını görmək mümkün olub. Səfir iddia edib ki, aparat ev şəraitində hazırlanmış olub və 3D printer vasitəsilə istehsal edilmiş detallardan yığılıb. Onun ehtimalına görə, dronun uçuş məsafəsi qısa olub ki, bu da onun birbaşa Stokholm şəhəri ərazisindən buraxıldığını göstərə bilər.

Səfir həmçinin bildirib ki, son iki il ərzində baş verən analoji hücumlarla bağlı Rusiya tərəfi İsveç hakimiyyətindən indiyədək heç bir araşdırmanın nəticələrini almayıb.

Bundan əvvəl Rusiyanın diplomatik nümayəndəliyi pilotsuz uçuş aparatlarından birinin üzərində partlayıcı qurğunun maketi olduğunu açıqlamışdı. Səfirlik baş verənləri əməkdaşları qorxutmaq cəhdi kimi qiymətləndirib və davam edən hücumların, eləcə də onların mümkün nəticələrinin məsuliyyətinin İsveç tərəfinin üzərinə düşdüyünü bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, insidentlə əlaqədar İsveçin Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031