6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 2295 nəfərə çatıb

02-iyul-2026
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 2295 nəfərə çatıb
Yazı Ölçüsü:

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges iyunun 24-də baş vermiş zəlzələlər nəticəsində həyatını itirənlərin sayının 2295 nəfərə çatdığını açıqlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Ultimas Noticias" nəşri məlumat yayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 11 min 267 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 12 min 841 nəfər isə evsiz qalıb və ya yaşayış evlərinin dağılması səbəbindən ciddi zərər görüb.

Rodriges bildirib ki, maddi, fiziki və psixoloji nəticələr də daxil olmaqla, zəlzələdən birbaşa və dolayı yolla zərər çəkənlərin ümumi sayı 26 min 403 nəfər təşkil edir.

Onun sözlərinə görə, axtarış-xilasetmə və bərpa işlərinə silahlı qüvvələr, polis, yanğınsöndürmə və xilasedici xidmətlərdən ümumilikdə 26 min əməkdaş cəlb olunub. Bundan əlavə, logistika və yardım işlərində 17 min könüllü iştirak edir.

Səhiyyə sahəsində görülən tədbirlərlə bağlı məlumat verən Milli Assambleya sədri qeyd edib ki, tibbi yardım göstərilən 17 min 26 nəfərdən 4565 nəfər xəstəxanaya yerləşdirilib, 13 min 942 nəfər isə vəziyyətləri yaxşılaşdıqdan sonra artıq evə buraxılıb.

Rodriges həmçinin bildirib ki, ölkədə zərərçəkənlər üçün 25 müvəqqəti düşərgə fəaliyyət göstərir. Onlardan 13-ü La Quayra ştatında, 8-i Karakasda, 2-si Mirandada, 1-i Karaboboda və 1-i isə Yarakuydadır.

Bu yerləşdirmə mərkəzlərində ərzaq təminatı, tibbi yardım və insanların əsas məişət ehtiyaclarının qarşılanması üçün zəruri şərait yaradılıb.

Venesuela hakimiyyəti zərərçəkmiş ailələrin müvəqqəti düşərgələrdə yerləşdirilməsi prosesini davam etdirir. Burada onlara qida təminatı, tibbi xidmət və digər zəruri sosial xidmətlər göstərilir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031