Venesuela sahillərində 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
"PostMedia" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri ölkənin paytaxtı Karakas şəhərindən 42 kilometr şimalda yerləşib. Həmin şəhərdə 3 milyondan çox insan yaşayır. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, iyunun 24-də Venesuelada iki güclü yeraltı təkan dalğası baş vermişdi. ABŞ Geoloji Xidmətinin qiymətləndirməsinə əsasən, birinci zəlzələnin maqnitudası 7,2, ikincinin isə 7,5 olub. Bundan sonra 512 afterşok qeydə alınıb.
Venesuela hakimiyyətinin son məlumatına görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 1450 nəfərə çatıb, müxtəlif xəsarətlər alan 3,2 mindən çox insan isə xəstəxanalarda müalicə olunur.
Zəlzələ nəticəsində çoxsaylı yaşayış evləri dağılıb, infrastruktur və xəstəxanalar zərər görüb, ölkənin əsas hava limanı isə fəaliyyətini dayandırıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
