6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

“Visa” ticarətin gələcəyini formalaşdıran Süni İntellekt, Token və Steyblkoin həllərini təqdim edir

30-iyun-2026
“Visa” ticarətin gələcəyini formalaşdıran Süni İntellekt, Token və Steyblkoin həllərini təqdim edir
Yazı Ölçüsü:

“Visa” bu gün Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionundakı müştərilər üçün yeni nəsil ticarətin inkişafını dəstəkləyən süni intellekt, steyblkoin və token texnologiyaları üzrə yeni imkanlarını təqdim edib.
PostMedia” xəbər verir ki, iyulun 1-də Parisdə keçiriləcək “Visa Payments Forum” (VPF) ərəfəsində şirkət süni intellekt və steyblkoinin ticarətin və pul vəsaitlərinin hərəkətinin həm müştəriyə görünən (front-end), həm də infrastruktur (back-end) səviyyəsində necə transformasiya yaratdığını nümayiş etdirib. “Visa”, eyni zamanda, müştərilərinə bu yeni texnologiyaları təhlükəsiz şəkildə tətbiq etmək, genişləndirmək və etibarlı rəqəmsal xidmətlər yaratmaq üçün təqdim etdiyi həllər barədə məlumat verib.

"Ticarət sürətlə yeni mərhələyə qədəm qoyur – o, daha ağıllı, proqramlaşdırıla bilən və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir," – deyə “Visa”nın CEMEA regionu üzrə prezidenti Tariq Mahmud bildirib. "Rəqəmsal iqtisadiyyatda fəaliyyət göstərən şirkətlər üçün yeni texnologiyalar böyük imkanlar yaradır. Bununla yanaşı, etimad, təhlükəsizlik və qarşılıqlı əlaqə hər zamankından daha böyük əhəmiyyət daşıyır. “Visa” olaraq məqsədimiz ödəniş ekosisteminin həm müştəriyə görünən, həm də infrastruktur səviyyəsində innovasiyaları etibarlı şəkildə dəstəkləyən texnologiyalar təqdim etmək, bununla da istehlakçılar və bizneslər üçün daha keyfiyyətli təcrübə yaratmaqdır".
Süni intellekt əsaslı ticarətin inkişafı
“Visa” bildirib ki, süni intellekt ödəniş əməliyyatlarının başladılması, təsdiqlənməsi və təhlükəsiz şəkildə həyata keçirilməsi prosesini sürətlə transformasiya edir. Eyni zamanda, bu texnologiya yeni ticarət həllərinin hazırlanmasını, inkişaf etdirilməsini və bazara çıxarılmasını daha səmərəli edir. Süni intellekt agentləri istehlakçılar və bizneslər adından daha çox əməliyyat həyata keçirdikcə, “Visa”nın agent əsaslı ticarət platforması olan “Visa Intelligent Commerce” bu agentlərin ödəniş əməliyyatlarını təhlükəsiz şəkildə aşkar etməsi, başlatması və tamamlaması üçün tələb olunan etimad, təhlükəsizlik və nəzarət mexanizmlərini təmin edir.

Bu ekosistemin etibarlı fəaliyyətini dəstəkləmək məqsədilə “Visa” agentlər tərəfindən başladılan əməliyyatların şəffaf və təhlükəsiz həyata keçirilməsi üçün bazar iştirakçıları ilə əməkdaşlıq edir. Bu təşəbbüslər çərçivəsində “Visa New Generation” şirkəti ilə birlikdə hazırladığı “Agent Score” həllini təqdim edib. Həll satıcılara veb-saytlarının agent əsaslı ticarətə hazırlıq səviyyəsini qiymətləndirməyə imkan verir. Buraya süni intellekt agentlərinin veb-saytda naviqasiya edə bilməsi, tapşırıqları düzgün başa düşməsi və əməliyyatları təhlükəsiz şəkildə yerinə yetirməsi daxildir. “Visa” həmçinin “Agentic Directory” həllini istifadəyə verib. Bu həll agent əsaslı ticarət ekosistemində təsdiqlənmiş agent və satıcıların vahid reyestrini formalaşdırır. Beləliklə, satıcılar hansı agentlərə etibar edə biləcəklərini, agentlər isə qarşılıqlı əlaqədə olduqları satıcıların etibarlı tərəfdaş olduğunu əvvəlcədən müəyyən edə bilirlər.

Tokenizasiya yeni nəsil rəqəmsal ödənişləri sürətləndirir
“Visa” bildirib ki, CEMEA regionunda elektron ticarətin sürətli inkişafını təmin edən əsas amillərdən biri tokenizasiyanın geniş tətbiqidir. Bu texnologiya elektron ticarət və mobil ödənişlərdə daha təhlükəsiz, rahat və fasiləsiz ödəniş təcrübəsi yaradır. Şirkətin məlumatına görə, CEMEA regionunda tokenləşdirilmiş əməliyyatların payı 2023-cü ildəki 26 faizdən 2026-cı ildə 70 faizə yüksəlib.

Bugün tokenlər artıq sadəcə kart məlumatlarını əvəz edən identifikator deyil. Ticarət yeni kanallar və süni intellekt agentləri vasitəsilə genişləndikcə, “Visa” tokenlərə əlavə kontekst məlumatları inteqrə edir. Buraya əməliyyatın növü, tokenin istifadə olunduğu mühit və ödənişi həyata keçirən tərəf haqqında məlumatlar daxildir. İkinci əsas nailiyyət token təminatı siqnalıdır. Tokendən istifadə hər əməliyyatın arxasında etimad siqnalı yaratmaq üçün onun təminat və davranış tarixçəsinə əsasən qiymətləndirilir.

“Visa” hesab edir ki, bu yeniliklər birlikdə tokenlərin etibarlı rəqəmsal və süni intellekt əsaslı ticarətdə rolunu daha da gücləndirəcək. Nəticədə, əməliyyatlar daha avtomatlaşdırılmış və ağıllı olduqca, maliyyə qurumları və bizneslər daha zəngin məlumat bazasına və daha etibarlı risk qiymətləndirmə imkanlarına malik olacaqlar.

Steyblkoin hesablaşmaların yeni mərhələsini formalaşdırır
“Visa” steyblkoin və blokçeyn texnologiyası əsasında qurulan infrastruktur vasitəsilə hesablaşmaların və pul köçürmələrinin modernləşdirilməsi istiqamətində əldə olunan yenilikləri də təqdim edib. Bu istiqamətdə şirkət “Tokenized Deposits” həllini inkişaf etdirir. Həll banklara ənənəvi depozitləri proqramlaşdırıla bilən və fasiləsiz fəaliyyət göstərən rəqəmsal aktivlərə çevirməyə imkan verir. Bunun sayəsində maliyyə institutları mövcud bank depozitlərinin etibarlılığını qorumaqla yanaşı, steyblkoinin təqdim etdiyi sürət və çeviklikdən də faydalana bilirlər.

“Visa” eyni zamanda müxtəlif regionlar, blokçeynlər və valyutalar üzrə steyblkoinlə hesablaşmaların həyata keçirilməsinə dair pilot layihələri genişləndirir. Şirkət 2025-ci ilin əvvəlində ilk steyblkoin əsaslı hesablaşma pilotlarını işə salıb. 2026-cı ilin mart ayına olan məlumata görə, “VisaNet” vasitəsilə milyardlarla ABŞ dolları dəyərində steyblkoin əməliyyatları həyata keçirilib və bu əməliyyatların illik dövriyyəsi təxminən 7 milyard ABŞ dollarına çatıb. Hazırda emitent banklar “Visa” ilə həftənin yeddi günü zəncir üzərində hesablaşmalar apara bilirlər. “Visa” bu modeli daha da genişləndirərək alıcı bankların da 7/24 hesablaşma imkanlarından faydalanmasını təmin etmək üzərində çalışır. Şirkətin məlumatına əsasən, CEMEA regionunda steyblkoin əsaslı hesablaşmalar istifadəyə verildikdən sonra son bir il ərzində əməliyyat həcmləri təxminən 60 dəfə artıb.

“Visa” həmçinin steyblkoinlə əlaqələndirilmiş kart proqramlarının inkişafını davam etdirir. Bu proqramlar istifadəçilərə “Visa” kartlarının qəbul edildiyi bütün ticarət nöqtələrində steyblkoin balanslarından gündəlik ödənişlər üçün istifadə etməyə imkan verir. Hazırda dünya üzrə 160-dan çox belə proqram istifadədədir və ya hazırlanma mərhələsindədir.

Süni intellekt məlumatları daha ağıllı qərarlara çevirir
“Visa” ödəniş ekosistemində qərarvermə prosesini təkmilləşdirmək məqsədilə müasir infrastrukturunu süni intellekt və data analitikası imkanları ilə birləşdirməyə davam edir. Şirkətin təqdim etdiyi həllərdən biri banklara müştərilərin ehtiyaclarını əvvəlcədən müəyyən etməyə kömək edən süni intellekt əsaslı “Visa Trip Intelligence” platformasıdır. CEMEA regionunda istifadəyə verilən bu həll “VisaNet” məlumatlarını üçüncü tərəf məlumatları ilə birləşdirərək müştərinin səyahət niyyətini müəyyən edə, fərdiləşdirilmiş səyahət ssenariləri formalaşdıra və banklara istifadəyə hazır analitik məlumat təqdim edə bilir. Bu imkanlar sayəsində banklar müştərilərlə səyahətdən əvvəl daha effektiv ünsiyyət qura, ödəniş prosesində yarana biləcək maneələri minimuma endirə və səyahət zamanı daha fərdiləşdirilmiş üstünlüklər, xidmətlər və təkliflər təqdim edə bilirlər.
“Visa” (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək qlobal hərəkətinin əsası təşkil edəcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930