Moldovanın Baş naziri Aleksandr Muntyanu istefa verdiyini açıqlayıb. O bildirib ki, artıq öz prinsip və dəyərlərinə uyğun şəkildə fəaliyyət göstərə bilmədiyi üçün vəzifəsini tərk etmək qərarına gəlib.
"PostMedia" xəbər verir ki, Muntyanu bu barədə "Facebook" hesabında paylaşım edib.
"Bu gün Baş nazir vəzifəsində fəaliyyətimi başa vururam. Anladığım anda ki, artıq mandatımı öz prinsip və inanclarıma uyğun şəkildə yerinə yetirə bilmirəm, istefa vermək qərarı aldım", – deyə o bildirib.
Baş nazir həmkarlarına təşəkkür edib və əlavə edib ki, tutacağı vəzifədən, yaşayacağı yerdən və ya fəaliyyət göstərəcəyi dövlət və ya özəl sektordan asılı olmayaraq ölkəsinə xidmət etməyə davam edəcək.
Qeyd edək ki, Aleksandr Muntyanu 2025-ci ilin oktyabrında Moldovanın Baş naziri vəzifəsinə təsdiqlənmişdi.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
