6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

WSJ: ABŞ Hörmüz boğazına nəzarət müqabilində İranın dondurulmuş aktivlərini açmağı təklif edib

03-iyul-2026
WSJ: ABŞ Hörmüz boğazına nəzarət müqabilində İranın dondurulmuş aktivlərini açmağı təklif edib
Yazı Ölçüsü:

ABŞ İranın Hörmüz boğazı üzərində nəzarət mexanizmləri ilə bağlı razılıq əldə etmək müqabilində ölkənin xaricdə dondurulmuş aktivlərinin bir hissəsini açmağı təklif edib.

"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ və Oman İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum tələb etmək israrını aradan qaldırmaq üçün yollar axtarır. Bildirilir ki, dolayı danışıqlarda əsas təklif xaricdə saxlanılan və ümumi həcmi 100 milyard dollardan çox qiymətləndirilən İran vəsaitlərinin bir hissəsinin dondurulmasının aradan qaldırılması olub.

WSJ-nin məlumatına əsasən, Tehran cümə axşamı ABŞ-nin təklif etdiyi kompensasiyanın ölkənin mövqeyini dəyişmək üçün kifayət etmədiyini qarşı tərəfə çatdırıb. Dohadan qayıtdıqdan sonra İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bəyan edib ki, Hörmüz boğazı Vaşinqtonun deyil, İranın nəzarəti altındadır.

Həmin gün İran Silahlı Qüvvələri də xəbərdarlıq edərək bildirib ki, ölkənin müəyyən etdiyi marşrutlardan kənara çıxan istənilən gəmi dərhal və qətiyyətli cavabla qarşılaşacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031