6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Avrokomissar: "Ermənistan, Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin inkişafı Cənubi Qafqazda sülhü möhkəmləndirə bilər"

03-iyul-2026
Avrokomissar: "Ermənistan, Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin inkişafı Cənubi Qafqazda sülhü möhkəmləndirə bilər"
Yazı Ölçüsü:

"İrəvan, Bakı və Ankarada keçirilən yüksək səviyyəli danışıqlar regional bağlantıların inkişafı istiqamətində əməkdaşlığı yeni mərhələyə yüksəldib".

"PostMedia" xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos özünün "X" hesabında qeyd edib.

O, açıqlamasında Türkiyə, Azərbaycan və Ermənistana səfərdən yeni qayıtdığını qeyd edərək bildirib ki, tərəflər nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı üzrə işi növbəti mərhələyə keçiriblər.

Kosun sözlərinə görə, bu proses Cənubi Qafqazda uzunmüddətli sülhün möhkəmlənməsinə töhfə verə, eyni zamanda Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarının şaxələndirilməsinə xidmət edə bilər.

Avrokomissar əlavə edib ki, Avropa İttifaqı Şurasında İrlandiyanın sədrliyi dövründə Aİ-nin genişlənmə prosesində yeni irəliləyişlərə nail olunacağına və üzvlüyə namizəd ölkələrə dəstəyin davam etdiriləcəyinə ümid edir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031