Son bir həftə ərzində Hörmüz boğazından keçən gəmilərin sayı dörd dəfədən çox artıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, gəmiçilik aktivliyindəki artım gəmi sahiblərinin artıq boğazdan təhlükəsiz keçidin mümkün olduğuna inandıqlarını göstərir.
Bununla belə, hazırkı göstəricilər hələ də İran ətrafında gərginliyin başlamasından əvvəlki səviyyədən xeyli aşağı qalır.
Xatırladaq ki, iyunun 17-də ABŞ və İran məsafədən aparılan danışıqlar nəticəsində 14 bənddən ibarət qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Memorandumun beşinci bəndinə əsasən, sənəd imzalandıqdan dərhal sonra İran Hörmüz boğazından 60 gün ərzində təhlükəsiz və ödənişsiz keçidin təmin edilməsi üçün tədbirlər görməli idi. Bu müddət ərzində tərəflərin danışıqları davam etdirməsi nəzərdə tutulur. Həmin bənddə həmçinin İranın boğazın gələcəyi ilə bağlı Omanla danışıqlar aparacağı da qeyd edilir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
