6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

CNBC: Tramp bazar çöküşü zamanı texnologiya nəhənglərinin səhmlərini alıb

03-iyul-2026
CNBC: Tramp bazar çöküşü zamanı texnologiya nəhənglərinin səhmlərini alıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə administrasiyasının tətbiq etdiyi gömrük rüsumları fonunda fond bazarlarında baş verən kəskin eniş zamanı iri texnologiya şirkətlərinin səhmlərini alıb.

"PostMedia" xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Məlumata görə, Tramp 2025-ci il aprelin 8-də ümumilikdə 327 səhm alışı həyata keçirib. Bu alışlar onun "Azadlıq Günü" adlandırdığı təşəbbüs çərçivəsində genişmiqyaslı idxal rüsumlarının tətbiqi planının bazarlarda yaratdığı güclü dalğalanmalar fonunda baş tutub.

Telekanalın bildirdiyinə görə, alışlar bazarın dörd günlük enişinin sonunda edilib. Həmin eniş yüksək idxal rüsumlarının tətbiqi planı ilə bağlı açıqlamalardan sonra yaranmışdı.

Trampın aldığı səhmlər arasında "Apple", "Alphabet", "Amazon", "Microsoft" və "Nvidia" kimi texnologiya nəhənglərinin qiymətli kağızları da olub.

CNBC-nin təhlilinə əsasən, Tramp əsasən qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşmış iri texnologiya şirkətlərinin səhmlərinə üstünlük verib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031