N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Türkiyənin sosial media fenomeni Nihal Candan vəfat edib

21-iyun-2025
Admin
Türkiyənin sosial media fenomeni Nihal Candan vəfat edib
Yazı Ölçüsü:

Türkiyənin sosial media fenomeni Nihal Candan reanimasiya şöbəsində müalicə alarkən ikinci dəfə ürəyi dayanıb.

PostMedia” Türkiyə KİV-nə istinadən xəbər verir ki, göstərilən bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyən Candan həyatını itirib.

Həbsdə qaldığı müddətdə anoreksiya nervoza xəstəliyinə tutulan sosial media fenomeni Nihal Candan vəfat edərkən 30 yaşı olub.

Son günlərdə vəziyyəti ağırlaşan fenomen xanımın çəkisi 23 kiloqrama qədər azalıb.

15 iyun 1995-ci ildə Mersin şəhərində anadan olan Gülnihal Canan İstanbul Beykent Universiteti Hüquq Fakültəsində təhsil alırmış və “TV8” kanalında yayımlanan “Bu Tarz Benim” yarışması ilə məşhurlaşmışdı.

O, dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib.

Kateqoriyalar