6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

FHN Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərədə baş verən yanğınları söndürməyə davam edir

25-iyul-2025
FHN Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərədə baş verən yanğınları söndürməyə davam edir
Yazı Ölçüsü:


Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə “PostMedia”ya Nazirlikdən məlumat verilib.
Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.
Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.
Əlavə məlumat veriləcək.

{include file="engine/modules/calal/embed.php?content=https://youtu.be/HOXGcYaQNVI"}
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930