6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

"Ağ Ev"də Trampın təşkil etdiyi tədbirdə qonaqlardan biri huşunu itirib

06-noyabr-2025, 23:49
"Ağ Ev"də Trampın təşkil etdiyi tədbirdə qonaqlardan biri huşunu itirib
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın "Ağ Ev"də keçirdiyi tədbir zamanı iştirakçılardan biri huşunu itirib.
"PostMedia" xəbər verir ki, hadisə, arıqlama dərmanlarının qiymətlərinin azaldılması barədə razılaşmanın elan edildiyi mərasimdə baş verib.
Hadisə baş verən anda Ağ Ev rəsmiləri tədbiri dərhal dayandırıb və mətbuat nümayəndələrini zalı tərk etməyə çağırıblar. Məsələ barədə NBC News məlumat yayıb.
Jurnalistlər binadan çıxarıldıqdan sonra Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlama verib. O bildirib ki, şirkət nümayəndələrindən biri özünü pis hiss edərək huşunu itirib.
Levitt-in sözlərinə görə, Ağ Evin tibbi heyəti hadisəyə dərhal müdaxilə edib:
“Ağ Evin tibb bölməsi çox tez reaksiya verdi və həmin şəxsin səhhəti artıq yaxşıdır,” – deyə mətbuat katibi qeyd edib.
Hadisənin səbəbi barədə əlavə məlumat verilməyib, lakin mərasim qısa müddətə dayandırıldıqdan sonra bərpa olunub.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031