6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Binəqədi, Sabunçu və Nərimanovun bir hissəsində qaz olmayacaq

03-sentyabr-2025
Binəqədi, Sabunçu və Nərimanovun bir hissəsində qaz olmayacaq
Yazı Ölçüsü:

Bu gün saat 10:00-dan etibarən “I Zabrat” QPS-də tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.P.Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Zərdabi küçəsində və Nərimanov rayonunun Ş.Rəhimov küçəsində siyirtmənin yerinin dəyişdirilməsi məqsədilə qaz təchizatı dayandırılacaq.
Bu barədə “PostMedia”ya “Azəriqaz” İB-dən məlumat verilib.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsinin M.İbrahimov, Q.Bayramov, X.Vəliyev, M.Əzizbəyov, Babək, Nizami küçələrinin, Balaxanı qəsəbəsinin P. Məmməd, M.Ə.Sabir, Şəfqət, Dirçəliş, Ə.Haqverdiyev, M.İbrahimov küçələrinin və Fazenda yaşayış massivinin, Nərimanov rayonu üzrə Ş.Rəhimov, M.Əlizadə, C.Hacıbəyli, M.Araz və H.Əliyev küçələrinin, Binəqədi rayonu üzrə İ.P.Dadaşov, Ş.Məmmədov, Nizami və N. Nərimanov, H.Zərdabi, C.Cabbarlı, A.Bakıxanov və A. İsfahani küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031