6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bu gün Binəqədi rayonunun bəzi ərazilərində qaz olmayacaq

27-avqust-2025, 09:08
Bu gün Binəqədi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Yazı Ölçüsü:
Bu gün saat 10:00-dan işlər bitənə qədər Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə “PostMedia”ya “Azəriqaz” İB-dən məlumat verilib.
Fasiləyə səbəb Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə sınaq olunması və siyirtmənin dəyişdirilməsidir. Təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031