N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində işıq olmayacaq

26-avqust-2025
Turan Hüseynli
Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində işıq olmayacaq
Yazı Ölçüsü:
Bu gün saat 10:00-dan 11:00-dək və saat 14:00-dan 15:00-dək Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "PostMedia"ya "Azərişıq" ASC-dən məlumat verilib.
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Binəqədi və Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində 26 avqust tarixində təmir-bərpa işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək və saat 14:00-dan 15:00-dək Binəqədidə 4 və 5-ci mikrorayonlarda, Mir Cəlal, 20 Yanvar küçələrində, Nərimanovda Xan Şuşinski küçəsi, Ziya Bünyadov küçəsinin bir hissəsi, Xutor yaşayış massivinin bəzi yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kateqoriyalar