6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bu gün Xətai və Sabunçu rayonlarında qaz olmayacaq

26-avqust-2025, 09:11
Bu gün Xətai və Sabunçu rayonlarında qaz olmayacaq
Yazı Ölçüsü:
Bu gün saat 10:00-dan etibarən Xətai və Sabunçu rayonlarının bəzi ərazilərində təbii qazın verilişində məhdudiyyətlər olacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Məlumatda deyilir ki, fasilə Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031