—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Biləcəri sakinlərinin nəzərinə - İŞIQ OLMAYACAQ

25-avqust-2025
Turan Hüseynli
Biləcəri sakinlərinin nəzərinə - İŞIQ OLMAYACAQ
Yazı Ölçüsü:
Bu gün saat 11:00-dan 14:00-dək Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-bərpa və budama işləri ilə əlaqədar Biləcəri qəsəbəsi Abbas Səhhət, Vidadi küçəsi 50/57_ 68 məhəllə və ətrafında olan fərdi yaşayış evlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə "PostMedia"ya "Azərişıq" ASC-dən məlumat verilib.
Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 25 avqust tarixində 184 saylı orta məktəbi qidalandıran 6 kV-luq hava xəttində təmir-bərpa işləri aparılacaq.
Həmçinin iri gövdəli ağacların naqillərə toxunan budaqlarının budanması həyata keçiriləcək.
İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kateqoriyalar