6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bu gün Suraxanı və Nərimanovda qaz olmayacaq

20-avqust-2025, 08:54
Bu gün Suraxanı və Nərimanovda qaz olmayacaq
Yazı Ölçüsü:

Bu gün saat 10:00-dan etibarən Suraxanı və Nərimanov rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.

PostMedia” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumatda deyilir ki, fasiləyə səbəb qeyd edilən rayonlardakı qaz xətləri üzərində görüləcək təmir işləridir.
Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin, Nərimanov rayonu üzrə isə Mayak, A.Heydərov, A.Çernyayevski, P.İ.Çaykovski, İ.Hidayətzadə, M.Nağıyev küçələrinin və H.Əliyev prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031