Bu gün saat 09:00-dan etibarən Bakının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
”PostMedia” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumatda deyilir ki, fasilə Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçələrinin kəsişməsində və M.Mehdizadə küçəsində, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədardır.
Nəticədə Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələrinin, 8 Noyabr (bir hissəsi) və Babək prospektlərinin, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
