6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bakının bu 3 rayonunda qaz olmayacaq

15-avqust-2025, 08:30
Bakının bu 3 rayonunda qaz olmayacaq
Yazı Ölçüsü:

3 rayonun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu gün saat 10:00-dan etibarən Sabunçu, Suraxanı və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

PostMedia” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumatda deyilir ki, faailəyə səbəb ərazidəki qaz xətlərində aparılacaq təmir-quraşdırma işləridir.

Nəticədə Sabunçu rayonu üzrə C.Şərifov, E.Mehtiyev, İ.Əfəndiyev, Q.Musabəyov, X.Natavan, 1 May və Y.Saratov küçələrinin bir hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin Umbakı, Əzimkənd, Səngəçal qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Suraxanı rayonu üzrə isə kənd Hövsan ərazisinin, Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031